Ermənistan MTX-də “işçi təmizlənməsi” davam edir Nikol "xain" axtarır

Ermənistan MTX-də “işçi təmizlənməsi” davam edir Nikol "xain" axtarır

Ermənistan Milli Təhlükəsizlik Xidmətində “kadr təmizliyi” davam edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, dünən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat şöbəsinin rəisi Levon Şaumyan da tutduğu vəzifədən azad edilib.

Məlumatda həmçinin qeyd edilir ki, bu barədə "Hraparak" qəzeti də yazır.
Qəzet yazır ki, bunun Paşinyan tərəfindən “xainlər” axtarışı mövzusuna aid olduğu güman edilir. Qeyd olunur ki, Şaumyan bu ilin yanvarında general rütbəsi alıb və onu bu rütbəyə hökumət başçısı təqdim edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə