Paşinyan öz başına bəla açdığı şüarından tədricən geri çəkilir - AÇIQLAMA
"Hadisə və faktlar göstərir ki, Ermənistanın baş naziri Paşinyan özünə çox "başağrıları" gətirmiş uğursuz "Qarabağ Ermənistandır" ritorik tezisindən tədricən geri durmağa başlayır. Təcavüzkar baş nazir daha əvvəllər olduğu kimi, tərs və inadkar davranmır. Bunu məşhur BBC-nin müxbirinin birbaşa aidiyyatı sualına cavabında da aydınca büruzə verdi. Paşinyan dedi ki, "Artsax Ermənistandir, ermənilərin ölkəsidir. Orada həmişə əhalinin 80 faizi ermənilər olub. Burada nə problem var ki?! Azərbaycan istəyir ki, orada ermənilər ümumən olmasın". Azərbaycanın Qarabağda ermənilərin olmasını guya istəmədiyi ilə bağlı ittihama yetərincə cavab verilib". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspertin fikrincə, dünya əmindir ki, Azərbaycan orada ermənilərin qalmasını istəməsə, heç bu gün də Bakıda azı 40 min erməninin təhlükəsiz yaşamasına şərait yaratmazdı, bu, öz yerində: "Paşinyanın müxbirə verdiyi özünüinkar cavabına qayıdaq. "Qarabağ ermənilərin ölkəsidir, burada nə problem var ki?!" fikirlərindəki ton və məzmun əvvəlkindən xeyli fərqlidir. Əvvəllər dediyi və böyük müqavimətlərlə üzləşdiyi "Qarabağ Azərbaycandır" fikrini "Qarabağda əhalinin 80 faizi erməni olduğu üçün ermənilərin ölkəsidir" formasına salmaq üçün keçid etməyə hazırlaşdığı göz qabağındadır. BBC-yə müsahibəsində bircə bu qaldı ki, "mən o cür yox, belə demişəm" desin".
A.Quliyev vurğulayıb ki, səhvlərdən nəticə çıxarmaq, düzəlişlər etmək hər zaman mümkündür: "Ancaq Paşinyanın timsalında məlum səhvi düzəltməyə cəhd göstərmək nümunəsi öz-özünə yox, çox ciddi basqıların altında baş verir. Dünya ictimai rəyində möhkəm oturmuş "Qarabağ Ermənistandırsa, onda danışıqları aparmağın hansı mənası qalır!?" ittihamı Paşinyanı möhkəm sıxıb. Razılaşaq ki, "Qarabağ Ermənistandır" deyimi ilə "80 faiz erməni olduğu üçün Qarabağ ermənilərin ölkəsidir" deyimi arasında fərq çoxdur. Proseslər "Qarabağ Ermənistandır" şüarından rəsmi imtinaya doğru gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB