"Dünya KİV-ləri Prezident İlham Əliyevin fikirlərinə daha çox önəm verir" - ŞƏRH ÖZƏL
"Azərbaycanın haqq işi olan Dağlıq Qarabağla bağlı apardığı fəaliyyətini dünya səviyyəsində çatdıran şəxs məhz cənab prezident İlham Əliyevdir. Çünki onun fikirləri ən etibarlı fikir sayılır. Həmçinin dövlət Başçısı bir məsələyə fikir bildirirsə, bu bütün deyilən sözlərin, edilən şərhlərin hər birindən daha üstündür. Bu baxımdan cənab Prezidentin dünya KİV-lərinə, televiziya kanallarına verdiyi müsahibələr çox dəyərlidir və yüksək qiymətləndirilir. Sentyabrın 27-dən bu yana Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatlarına ən böyük diplomatik dəstəyi məhz ölkə başçısı verir. Müsahibələrin ən önəmli tərəfindən biri də odur ki, Azərbaycanın işinin haqq işi olduğunu, 30 ildir təcavüzlərə məruz qalan tərəfin məhz Azərbaycan olduğunu, ən önəmlisini cənab Prezidentin kəskin və faktlara əsaslanan fikirlərlə erməni yalanlarını ifşa etdiyini bununla görürük". Bunu SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Politoloq bildirib ki, buna görə də, məhz dünya televiziya kanalları və KİV-ləri cənab prezident İlham Əliyevin fikirlərinə daha çox önəm verirlər: "Həmçinin bir çox sosial media istifadəçilərinin şərhlərindən də bunu asanlıqla görmək olur. Belə ki, bir çox xarici vətəndaşlar məhz bu məsələdə şərh verərkən cənab prezident İlham Əliyevin fikirlərinə istinad edirlər. Çünki ölkə Başçımız tərəfindən səsləndirilən fikirlərin hər birinin əsasında həqiqət durur və bir xarici vətəndaş kimi həmin fikirlərin doğrulunu yoxlamaq elə də çətin iş deyil. İstər Xocalı soyqırımı, istər ermənilərin törətdikləri qeyri-insani əməlləri, terror aktları hansı ki, bunların hər birinin fotoşəkillərini, video formatda görüntüsünü, sənədlərini internet vasitəsilə əldə etmək çox asandır".
Ekspertin fikrincə, Paşinyanın çıxışlarına fikir verdikdə isə burada bir çox yalan, iftira, manipulyasiya, təsdiqini tapmamış iddialardan başqa bir şey görmək mümkün deyil: "Məhz Paşinyanın bu cür çıxışları dünya siyasi arenasında və dünya ictimaiyyətində əsl yalançı simasını açıb. Paşinyan söylədiyi hər bir fikirdə özünün nə dərəcə savadsız və primitiv düşüncəyə sahib olduğunu göstərir. O, dünyada bir diplomat kimi yox, yalançı, iftiraçı bir nümayəndə kimi ad qazanıb. Əslində mən cənab Prezident İlham Əliyevin siyasi savadını, diplomatik gedişlərini, dünya dövlətləri arasındakı prestijini Paşinyanla müqayisə etmək istəməzdim. Lakin nə edək ki, erməni tərəfinin qarşımıza çıxara bildiyi siyasi rəhbəri rəzil gündədir".
N.Məmmədova xüsusilə qeyd edib ki, bu gün Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında prezident İlham Əliyevin müstəsna və əvəzsiz rolu var: "İstər indiyə kimi getdiyi beynəlxalq səviyyəli görüşlərdə, istərsə də hazırkı məqamda dünya mediasındakı rolu ilə bu gün Azərbaycanın haqq səsinə səs verənlərin sayı günbəgün artır. Ən əsası isə bu gün xalq cənab Prezidentin ətrafında birmənalı şəkildə birləşib və ölkə Başçısını sonuna qədər dəstəkləyir. Xalqımızın ordumuza dəstəyini də təbii ki, unutmaq olmaz. Bu cür yumruq kimi birləşmiş xalqı isə məğlub etmək mümkün deyil. Qələbə bizimlədir!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB