Avropa Şurası və Avropa İttifaqı “Şərq tərəfdaşlığı” çərçivəsində ölkələrə ümumilikdə 4 milyon avro ayırıb

Avropa Şurası və Avropa İttifaqı “Şərq tərəfdaşlığı” çərçivəsində ölkələrə ümumilikdə 4 milyon avro ayırıb
Avropa Şurası (AŞ) və Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı"na daxil olan Azərbaycanda, Ukraynada, Belarusda, Gürcüstanda, Moldovada və Ermənistanda demokratiyanın inkişafı və stabilliyin qorunub saxlanması ilə bağlı layihələrin qarşıdakı 30 ay müddətində həyata keçirilməsi məqsədi ilə ümumilikdə 4 milyon avro ayırıb. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində Avropa Şurası islahat proseslərini AŞ və Aİ standartlarına yaxınlaşdırmaq məqsədi ilə altı ölkədə seçkilərin keçirilməsi, məhkəmə sistemində islahatlar aparılması, kibercinayətkarlığa və korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq layihələrini həyata keçirəcək.

Avropa Şurasının əməkdaşlıq və siyasi məsləhətləşmə idarəsinin rəhbəri Klaudiya Lyüçiani AŞ-nın Aİ ilə birgə həyata keçiriəcəyi bu işin bütünlükdə ümumi Avropa dəyərlərinin inkişafının, habelə iki nüfuzlu qurum arasında sıx əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə