Daha 40 erməni işğalçısının məhv edilməsi barədə Ermənistan etiraf etdi

Daha 40 erməni işğalçısının məhv edilməsi barədə Ermənistan etiraf etdi

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əks-hücumu və işğal olunmuş ərazilərin azad olunması əməliyyatının nəticəsində bu gün məhv edilən erməni hərbçilərin sayını açıqlayıb. SİA “Sputnik”in yayımladığı məlumata istinadən xəbər verir ki, Ermənistan tərəfi daha 40 hərbçisini itirdiyini bildirib.

Xatırladaq ki, bununla işğalçı dövlət Azərbaycan Ordusunun ümumilikdə 280 erməni işğalçısını məhv etdiyini etiraf edib. Əslində isə, işğalçı tərəf dəfələrlə artıq hərbçisinin məhv edildiyini bilir, lakin bu məlumatları bilərəkdən gizlədir və qeyd olunan rəqəmləri etiraf etməklə, çoxlu sayda erməni hərbçilərinin öldüyü barədə həqiqi, doğru məlumatları ört-basdır etməyə çalışır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə