“Azərbaycan xalqı öz Ali Baş Komandanının yanındadır və ona inanır” RƏY-ÖZƏL

“Azərbaycan xalqı öz Ali Baş Komandanının yanındadır və ona inanır” RƏY-ÖZƏL

“Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları Ermənistanın baş naziri Nikol Paşinyan və komandası üçün çox acınacaqlı bir vəziyyət yaradıb. Ermənilərin "uğurlu müdafiə" təbliğatına baxmayaraq artıq Ermənistan cəmiyyətində müharibədə aldıqları ağır məğlubiyyətlər səbəbindən ciddi təşviş hiss edilməkdədir”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, Paşinyan müxtəlif yalan məlumatlar əsasında beynəlxalq ictimaiyyətin Azərbaycanın haqq işini dayandırması üçün bizə təzyiqlərin göstərilməsi istiqamətində var qüvvəsi ilə çalışır: “Rossiya 1” telekanalının "60 deqiqə" verlişində Ermənistanın baş nazirinin "təcavüzü və təcavüzkarı dayandırmaq və cəzalandırmaq" çağırışı isə erməni siyasi elitasının növbəti hədyanı və həyasızlığıdır. Əslində Paşinyanın bu verilişdə irəli sürdüyü texislər Azərbaycan Prezidentinin aydın və dəqiq, konkret hədəflərə yönəlmiş çıxışı ilə darmadağın edildi. Bunu bütün dünya gördü. Erməni baş nazirin aciz duruma düşdüyü hamı tərəfindən etiraf edilir”.

S.Seyidova onu da bildirib ki, işğal edilmiş ərazilərimizin azad olunması istiqamətində başladılan hərbi əməliyyatlar beynəlxalq hüququn bizim tərəfimizdə olması ilə üst-üstə düşür: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz öz torpaqlarımızda işğalçıya qarşı mübarizə aparırıq. Dünya dövlətləri tərəfindən tanınan sərhədlərimizin bərpası üçün öz ərazimizdə işğalçıya qarşı vuruşuruq. Hər kəsə də aydındır ki, işğalçı, təcavüzkar dövlət Ermənistan, işğala məruz qalan isə Azərbaycandır. Bəli, işğalçı və təcavüzkar cəzalandırılmalıdır. Beynəlxalq ictimaiyyət də çox gözəl anlayır ki, təcavüzkarın ünvanı Bakı yox, İrəvandır. Lakin çox təəssüf ki, biz bəzən bunun əksini görürük. Fransa kimi Minsk Qrupunun həmsədri olan bir dövlətin başçısı açıq şəkildə ermənipərəst mövqeyini ortaya qoyaraq, işğalçıya dəstək verir. Lakin Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti öz Ali Baş Komandanıının yanındadır və ona inanır. Heç bir təzyiq bizi haqq işimizdən yayındıra bilməyəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə