“Ölən və yaralanan erməni hərbçiləri həddən artıq çoxdur” erməni cərrah
Ermənistan hərbçiləri arasında ölənlər və yaralılar çoxdur. SİA xəbər verir ki, bu barədə znak.com məlumat yayıb.
Məlumatda qeyd olunur ki, erməni hərbçiləri arasında ölən və yaralananların həddən artıq çox olduğu barədə yaralıların yerləşdirildiyi hospitalın cərrahı bildirib. Cərrah son iki gündə yaralananların sayının kəskin dərəcədə artdığını qeyd edib.
"Bütün sutka ərzində əməliyyat edirik. Son yeddi gündə maksimum altı saat yatmışam", deyə cərrah etiraf edib.
O, təkcə dünən hospitala 60 yaralı gətirildiyini deyib.
"Ölü sayı həddən artıq çoxdur", deyə hospitalın cərrahı qeyd edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB