Azərbaycan Silahlı Qüvvələri əməliyyatları çətin şəraitdə davam etdirir PA rəsmisi
Azərbaycan Silahlı Qüvvələri əməliyyatları çətin şəraitdə davam etdirir.
SİA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Azərbaycan Ordusu düşmənin uzunmüddətli istehkamını məhv edir:
"Çünki 30 il ərzində düşmən beton istehkam sistemləri qurub. Onlar 8-10 metr dərinlikdə beton istehkam sistemlərində gizlənib. Azərbaycan hərbçiləri bu çətin şəraitdə addım-addım irəliləyir. Azərbaycan əsgəri bu çətin relyef şəraitində düşmənin mövqelərini darmadağın edir, torpaqlarımızı azad edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB