İnformasiya müharibəsi arxa cəbhədə döyüşlərin əsas tərkib hissəsidir - ŞƏRH ÖZƏL

İnformasiya müharibəsi arxa cəbhədə döyüşlərin əsas tərkib hissəsidir - ŞƏRH ÖZƏL

"İstənilən müharibədə informasiya təhlükəsizliyi təmin olunmalıdır və informasiya müharibəsi də eyni zamanda döyüşlərin əsas tərkib hissəsidir. Bu günlərdə biz görürük ki, Ermənistan tərəfi hər zaman olduğu kimi saxta profillər üzərindən və yaxud digər mənbələr üzərindən həqiqətə uyğun olmayan məlumatları yaymaqda davam edirlər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, əlbəttə aydın görünür ki, bütün bunlar təxribatdır: "Azərbaycan Respubikası Müdafiə Nazirliyinin yaydığı məlumatlardan biz görürük ki, Azərbaycan tərəfi düşmən tərəfə çox ciddi və sarsıdıcı zərbələr endirir. Düşmən tərəf həm canlı qüvvə, həmçinin hərbi sursat və texnika baxımından çox ciddi itkilərə məruz qalıb. Erməni informaniya məkanında biz bütün bunların tam əksini görürük".

C.Osmanov vurğulayıb ki, hətta Reuters Agentliyi də erməni KİV-lərinin yalanını ifşa edib: "Belə ki, erməni tərəfi Suriyada helikopterin vurulması hadisəsini guya Ermənistanın Azərbaycan helikopterini düşürməsi kimi qələmə verib, lakin yalanları tez ifşa olunub. Bu baxımdan hər bir vətəndaşımız çox diqqətli olmalı və bu kimi portallara daxil olarkən qaynaq kimi belə xəbərlərdən paylaşım etməmək tövsiyyə olunur. Çünki bu qara piar bir başa bizim əksimizə işləyən bir sistemdir. Hər birimiz Müdafiə Nazirliyinin saytına uyğun, rəsmi olaraq təsdiqlənmiş xəbərlərdən istifadə etməliyik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə