Mübariz ruhlu, Polad iradəli xalqımız - MƏQALƏ

“Biz erməniləri elə cəzalandıracağıq ki, onlar bizim torpaqlar tərəfə baxmağa cəsarət etməyəcəklər”.
Ali Baş Komandan İlham Əliyev

Ermənilərin Dağlıq Qarabağın ilk çağlarından etibarən bir erməni torpağı olduğu iddiaları heç bir əsasa dayanmır. Bu günkü Qarabağın olduğu bölgə çox keçmiş zamanlardan bəri türk yurdudur. Erməni əhalisi heç bir zaman Qarabağ bölgəsində, eləcə də türklərin yaşadıqları digər bölgələrdə kök salıb yaşaya bilməzlər. Ermənilər qondarma Ermənistanı belə tərk etməlidirlər. Əslində bu millətin nəinki “Böyük Ermənistana” kiçicik Ermənistana belə haqqı yoxdur.

Artıq 30 ildir ki, Qarabağsızıq. 30 ildir səksəkədəyik. Əsarət altında olan torpaqların özü qədər ağır ayrılıq dərdini yana-yana, qovrula-qovrula yaşayırıq. Başımızda ildırımlar çaxsa da, ürəyimizdə fırtınalar qopsa da, intiqam anını, qisas məqamını hər zaman, hər an gözləmişik.

Azərbaycan vətəndaşı uzun illərdir Vətən həsrəti ilə, öz dədə-baba yurdunda qaçqın-köçkün vəziyyətində yaşayır. Dövlət başçımızın da söylədiyi kimi: “Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər”. Bu gün Azərbaycan Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun iradəsi “Böyük qayıdış”ı daha da yaxınlaşdırır.

Prezident İlham Əliyevin ətrafinda sıx birləşən, Qarabağ probleminin həlli istiqamətində dövlət başçısının apardığı prinsipial və ardıcıl siyasəti birmənalı şəkildə müdafiə edən xalqımız çox nikbindir. Vətəndaşlarımız torpaqlarına tezliklə dönəcəklərinə qətiyyən şübhə etməyiblər.

Uzun zamandır millətimiz Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini gözləyir. Silaha sarılıb doğma yurd yerlərini işğaldan azad edilməsi uğrunda müqəddəs savaşa atılmasını arzulayır. O gün bu gündür! Bu gün qisaq günüdür! Bu gün Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunacağı gündür!
Ötən gün Ermənistanın növbəti silahlı təxribatına layiqli cavab verildi! Hal hazırda. Azərbaycan Ordusu öz Vətənini qoruyaraq, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Prezident İlham Əliyev bəyan etdi ki: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır”.

Hazırda vəziyyət Azərbaycan ordusunun mərd, yenilməz, igid oğlanlarının tam nəzarəti altındadır. Bəli, Azərbaycan heç bir halda tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına, düşmən tapdağında olmasına imkan verməyəcək. Buna o müqəddəs torpaq uğrunda uyuyan qəhrəman şəhidlərimizin ruhu yol verməz! Buna hər zaman dövlətinin prezidentinin yanında olan Azəbaycan xalqı yol verməz!

Qoy Uca Tanrı hər bir azərbaycanlıya Qarabağ torpağını görməyi nəsib etsin!
Allah vətən yolunda canından keçən qəhrəman oğullarımza rəhmət eləsin!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!

Ramilə Seyidova,
YAP Siyəzən rayon Qadınlar Şurasının sədri

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə