Erməni hərbi-siyasi xadimləri Silahlı Qüvvələrimizin hədəfində FAKT

Birinci Qarabağ müharibəsində azərbaycanlıları qətlə yetirən erməni hərbi-siyasi xadimlərinin Xankəndinə getdikləri bildirilir. SİA xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır. Erməni nəşrinin yazdığına görə, ora gedənlər arasında Xocalı soyqırımını törədənlər də daxil olmaqla, Ovik Abramyanın, Vladimir Qsparyanın, Armen Gevorkyanın, Yuri Xaçaturovun və Seyran Ohanyanın adları çəkilib.

Qarabağa Paşinyanın qatı düşməni, məhz onun hakimiyyəti zamanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, hazırda müxalifətdə olan “Vətən” partiyasının sədri Artur Vanetsyanın da getdiyi, habelə Robert Koçaryanın kiçik oğlu ilə orada olduğu bildirilir. Həmçinin, Robert Koçaryanın Bako Saakyanla, Arkadi Qukasyanla, Levon Mnatsakanyanla, Vitali Balasanyanla, Arşavir Qaramyanla da görüşdüyü məlumat verilir.

“Hraparak” bu adamların 90-cı illərdə birinci Qarabağ müharibəsində iştirak etdiklərini xatırlatmaqla yanaşı, onların Xankəndinə səfərlərini erməni ordusunun aldığı ağır məğlubiyyətlərlə bağlı olduğunu dolayısı ilə təsdiq edir.

“Onlar Qarabağda hadisələrin mümkün inkişafını qiymətləndirir, kimin hansı kömək göstərəcəyini müəyyənləşdirirlər”, yazan adıçəkilən nəşr əlavə məlumat yaymayıb. Bu amil də söz yox ki, xüsusi diqqəti çəkir və Xankəndidən, Şuşadan, habelə digər atəş altında qalan məntəqələrdən mülki əhalinin çıxarılması, eyni zamanda, döyüş ərazilərində düşmənin böyük canlı və hərbi-texniki itkilər verməsi, möövqelərini qoyum qaçması faktları öz danılmaz təsdiqini tapır.

Qeyd edək ki, bu adamların əksəriyyəti törətdikləri cinayət əməllərinə görə İnterpol xətti ilə axtarışdadırlar və o cümlədən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qələbə yürüşü edən Silahlı Qüvvələrimizin hədəfinə çevrilmələri, layiq olduqları cəzalarını almaları, ələ keçmələri an məsələsi ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə