"Paşinyan qapı-qapı düşərək müharibənin dayandırılmasını istəyir" ÖZƏL-MÜNASİBƏT
“Rusiyanın “Rossiya-1” telekanalında Ermənistanın mövqeyinə ciddi zərbə vuruldu. Prezident İlham Əliyev və Nikol Paşinyan Rusiya auditoriyasına, ümumilikdə Rusiya ərazisində öz mövqelərini bildirdilər və Cənubi Qafqazda baş verənləri çatdırdılar”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın yalan, böhtan dolu, dezinformasiya xarakteri daşıyan məlumatları o dərəcədə absurd idi ki, ilk baxışdan artıq onlara inanmaq mümkün deyildi: “Təbii ki, Ermənistanın əsas məqsədi indiki halda nəyin bahasına olursa-olsun Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə, müharibəyə cəlb etmək və beləliklə Rusiya, Türkiyə və KTMT arasında müharibəni başlatmaqdır.
Ermənistan görür ki, əgər belə davam edərsə, Azərbaycan Ordusu qarşısında çox aciz vəziyyətdə qalacaqlar. Buna görə də təbii ki, Paşinyan qapı-qapı düşərək dünya liderlərindən müharibənin dayandırılmasını istəyir. Prezident İlham Əliyev Azərbaycana və Türkiyəyə qarşı olan bütün böhtanların çox ustalıqla və əminliklə cavabını verdi. Dövlət başçısının cavabından sonra bəzi ermənipərəst liderlər Azərbaycan Prezidentinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitu məktəbini keçdiyini, yüksək ixtisaslaşmış diplomat olduğunu və çıxışının daha realist olduğunu bütün auditoriyanın diqqətinə çatdırdılar. Beləliklə, Paşinyan və erməni yalanları ifşa olundu”.
Bütün xəbərlər Facebook səhifəmizdə