İspaniya hökuməti 10 min nəfəri evakuasiya edir

İspaniya hökuməti 10 min nəfəri evakuasiya edir

İspaniya hökuməti zəlzələdən zərər çəkmiş Lorka şəhərində 10 min nəfəri evakuasiya etmək barədə qərar qəbul edib. SİA-nın xəbərinə görə, qərarın həyata keçirilməsi üçün bütün güc və fövqəladə hallar strukturları səfərbər olub.

 

Qeyd edək ki, İspaniyanın cənub-şərqində zəlzələ olub. Zəlzələ nəticəsində bir neçə bina çöküb. İlkin məlumatda 10 nəfərin öldüyü bildirilib. Rixter şkalasında 5,2 bal gücündə qeydə alınan zəlzələ İspaniyada həyəcan yaradıb. Belə ki, ölkənin cənub-şərqində insanlar küçələrə çıxaraq çaxnaşma yaradıblar.

 

Bölgə səlahiyyətliləri çox sayda adamın yaralandığını, 2 nəfərin isə vəziyyətinin ağır olduğunu diqqətə çatdırıblar. Çökən binaların divarları nəqliyyat vasitələrini də yararsız hala gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə