"Bəzi beynəlxalq təşkilatların mövqeyi qərəzlidir" Prezidentin köməkçisi

"Bəzi beynəlxalq təşkilatların mövqeyi qərəzlidir" Prezidentin köməkçisi

"Azərbaycan Ermənistanı həmişə sülhə çağırsa da ermənilər Azərbaycana qarşı təxribatlara əl atır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin narahatlığı başadüşüləndir: "Amma beynəlxalq ictimaiyyətə bildiririk ki, Ermənistan işğala son qoymalıdır. Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir. Erməni lobbisinin maliyyəsi ilə maliyyələşən bəzi qrumlar bizim mövqeyimizi nəzərə almadan qərəzli bəyanatlar yayıblar. Azərbaycan Respublikasına qarşı müharibə aparılır. Azərbaycan ərazisinə qarşı 30 ildir ki, müharibə aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə