Rusiya KİV-ləri Hikmət Hacıyevin bəyanatında səsləndirilən fikirlərə istinad edib FOTO

Rusiya KİV-ləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanatında səsləndirilən fikirlərə geniş yer verib.

SİA xəbər verir ki, Rusiyanın aparıcı KİV-ləri bu gün Ermənistanın cəbhəboyu təmas xəttində törətdiyi təxribatı barədə materiallarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatına istinad edib. Bir çox kütləvi informasiya vasitələri, o cümlədən, TASS, "RİA Novosti", "RBK" agentlikləri, aparıcı xəbər saytlarında bəyanatdan sitatlar yer alıb.

Xəbər resursları Azərbaycan Prezidentinin köməkçisinin Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini intensiv atəşə tutması, mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananların olması, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirməsi barədə fikirlərini təqdim edib. KİV-lər H.Hacıyevin bəyanatına istinadla Azərbaycanın beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etməsini, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...