Mübariz Qurbanlı: “Neft-qaz yataqlarımızı artıq özümüz müstəqil şəkildə işlətməliyik”
Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi gələcəkdə Xəzər dənizində - ölkəmizə məxsus bölgədə neft-qaz yataqlarını müstəqil şəkildə işləmək hazırlığını həyata keçirməlidir. SİA xəbər verir ki, bunu Gün.Az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı dilə gətirib. Onun sözlərinə görə, bəzi sahələr var ki, Azərbaycan bunları müstəqil şəkildə idarə edib, tənzimləyib və bu, hamıya bəllidir.
"Amma mənim fikrimcə, Azərbaycan Dövlət Neft Şirkətinin belə bir siyasətə son qoymasının vaxtı çatıb. Bundan sonra bizim sosial-iqtisadi imkanlarımız neft yataqlarımızı müstəqil surətdə istifadə etməyə tam şərait yaradır. Bu məsələ diqqətdə saxlanılmalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB