Türkiyə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Ukraynaya verdi

Türkiyə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Ukraynaya verdi

Bu gün İstanbulda Avropa Şurasına üzv olan 47 ölkənin xarici işlər nazirləri və Avropa məsələləri üzrə dövlət katibləri səviyyəsində Avropa Şurası Nazirlər Komitəsinin toplantısı keçirilib. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun rəhbərliyi ilə keçirilən toplantıda quruma sədrlik Türkiyədən Ukraynaya keçib.

 

Xatırladaq ki, AŞ NK-ya sədrlik 6 aydan bir dəyişir, sədrlik quruma üzv ölkələrə əlifba sırası ilə keçir. Nazirlər Komitəsinin növbəti sessiyası 2011-ci ilin noyabr ayında Strasburqda keçiriləcək. Quruma sədrlik Ukraynadan Birləşmiş Krallığa ötürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə