“Ermənistan dövlətinin dövlətçilik sütunu saxtakarlıqla bərqərar olub” ÖZƏL-MÜNASİBƏT

“Ermənilər münaqişənin əvvəlindən daimi olaraq özlərinin işğalçıllq siyasətini gizlətməkdən ötrü demək olar ki, bütün istiqamətlərdə yalan, şər, saxtakarlıq, böhtan kimi əməllərə əl atıblar. Bu əməllər ermənilərin işğal siyasətinin tərkib hissəsidir. Təbii ki, beynəlxalq miqyasda da bunların havadarları məhz bu əməlləri dəstəkləyir və Azərbaycanın haqq səsini eşitmək istəmirlər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

İctimai Birliyin sədrinin sözlərinə görə, amma hamıya bəllidir ki, bu erməni adlanan toplumun tarixindən, tutmuş adına qədər nələri varsa hamısı saxtadır və oğurluqdur.

“Bu gün Azərbaycanın tarixi torpaqlarında erməni dövlətinin dövlətçilik sütunu saxtakarlıq və yalanla bərqərar olmuşdur. Böyük imperiyaların dəstəyi ilə yaradılan erməni dövləti türk-islam dünyasına qarşı yaradılan saxta bir dövlətdir. Buna görə də bu bədbəxt xalq və ya toplum dünyanın böyük güclərinin əlində siyasi alət roluna çevrilmiş girovlardır. Lakin ermənilər bunu dərk etmək əvəzinə, əksinə, himayədarlarının bunlara hədiyyə etdiyi saxta tarixə elə inanıblar ki, artıq az qala Həvvanın da erməni olduğunu bəyan etməkdədilər. Artıq bizlər 200 ildir ki, rus imperiyasının bizim köksümüzə sapladığı bu hay toplumunun xəncərinin yarasını sağalda bilmirik və deyəsən bu yara hələ çox uzun gedəcək, torpaqlarımızı azad etsək belə. 20 % faiz torpaqlarımızı işğalda saxlayan, milyonlarla azərbaycanlını öz tarixi yurdundan qaçmağa məcbur edən işğalçı ermənilər, həyasızcasına etdikləri vəhşiliklərə rəğmən yenə də yalan, şər , böhtan atmaqla Azərbaycanı ittiham etməklə məşğuldur. Sanki işğala məruz qalan biz yox bunlardır. Hər gün demək olar ki, biz bunların sərsəm bəyanatlarını və böhtanlarını dinləyirik. Bir birindən sərsəm bu böhtanların yenisini də səsləndiriblər. Guya ki, Suriyadan Azərbaycana muzdlu əsgər gətirilir. Əslində bu böhtan olsa da arxasında bunların apardığı yeni siyasətin ört-basdır edilməsi və ya haqq qazandırılmasına xidmət edir. Artıq məlumdur ki, Livanda yaşayan yüzlərlə erməni əhalisi qanunsuz olaraq işğal olunmuş ərazilərimizdə məskunlaşdırılır. Eyni zamanda Suriyada yaşayan erməni ailələri də Qubadlı və Laçın rayonlarının ərazilərində məskunlaşırlar. Erməni KİV-i və sosial şəbəkələrində bu barədə kifayət qədər fakt var. Bu ailələrlə yanaşı artıq Suriyada YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonunun 250 döyüşçüsü Qarabağa göndərilib. Məlumdur ki, dünyanın müxtəlif ölkələrindən də muzdurların Qarabağa gətirilməsi son günlər daha da intensivləşib. Ermənistanın bərbad iqtisadi durumunun onun demoqrafik vəziyyətinə vurduğu ziyan bəllidir. Ermənistanı əhalinin demək olar ki, kütləvi tərk etməsi ordularına da çox ciddi təsir edib. Orduya çağırış problemi yaşayan Ermənistan artıq həmişə böyük mənada “varlıqlarına” minnətdar olduqları qadınlarının xidmətindən artıq yararlanmağa başlayıb. Paşinyanın xanımının qadın batalyonu və təlim şousunda bu fakt özünü təsdiq edib. Bu gün özləri muzdluların və himayədarlarının ümüdinə qaldıqları bir zamanda bizə bu məsələdə şər atmaqları başa düşüləndi əslində. Öz əməllərinə haqq qazandırmaq və ya fikri yayındırmaq məqsədi güdülür. Amma bu gülməli böhtanları ciddi qəbul edilmiyəcəkdir. Çünki, bütün beynəlxalq aləmə Azərbaycanın hərbi-iqtisadi gücü məlumdur. Azərbaycanda demoqrafik problem də yoxdur. Artıq yaşından aslı olmayaraq hər bir azərbaycanlı Ali Baş Komandanın əmrin gözləyir. Bu isə artıq yüz minlərlə say ordu deməkdir ki, o saya da ehtiyac yoxdur. Havadarı olmasa idi Azərbaycan ordusu 2016-cı ilin aprelində elə mövcud qüvvələrlə torpaqlarımızı azad etmişdi. Azərbaycan ordusunun bu gün heç bir muzdluya ehtiyacı yoxdur. Azərbaycanın öz ordusu igid oğullarından və qətiyyətli Ali Baş Komandanından ibarətdir”, deyə Anar Xəlilov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə