Bahar Muradova: "ATƏT-in Parlament Assambleyasının sədrinin Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olacaq"

Bahar Muradova: "ATƏT-in Parlament Assambleyasının sədrinin Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olacaq"
ATƏT-in Parlament Assambleyasının prezidenti Petros Eftimiunun bu həftə Azərbaycana edəcəyi səfər tanışlıq xarakteri daşıyır. SİA-nın xəbərinə görə, bu barədə yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib. B.Muradova bildirib ki, bu, Petros Eftimiunun regiona ilk səfəri olacaq. Onun sözlərinə görə, səfər çərçivəsində ölkəmizlə təşkilat arasında münasibətlər, eləcə də digər məsələlər müzakirə olunacaq.

"Biz xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsini diqqət mərkəzində saxlayacağıq. Təşkilatın bu problemin həllində öz fəallığını artırmaq zərurəti qurumun rəhbərinin nəzərinə bir daha çatdırılacaq"- deyə vitse-spiker qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə