İtaliya bu gün baş verəcək zəlzələ ilə yerlə yeksan olunacaqmı?

İtaliya bu gün baş verəcək zəlzələ ilə yerlə yeksan olunacaqmı?
İtalyanın paytaxtı Romanın bu gün baş verəcək zəlzələ ilə yerlə yeksan olacağı barədə söz-söhbətlər çaxnaşmaya səbəb olub. SİA-nın xəbərinə görə, internetdə yayılan söz-söhbətlərdən sonra şərh vermək məcburiyyətində qalan mütəxəssislər zəlzələlərin nə vaxt olacağını təxmin etməyin qeyri-mümkün olduğunu vurğulayıblar. Buna baxmayaraq yüzlərlə insan işə getmək əvəzinə gününü açıq sahələrdə keçirib.

İnternet saytlarında çıxan xəbərlərə görə, çalışanların yüzdə 18%-i bu gün iş yerlərinə zəng vuraraq xəstə olduqlarını və işə gələ bilməyəcəklərini söyləyib. Bəzi iş yerlərinin şüşələrində "toy səbəbindən bağlıyıq" yazısı görünüb.

Zəlzələ qorxusu 30 il bundan öncə həyatını itirən Raffaele Bendandinin davamçıları tərəfindən yayılıb. Göy cisimlərinin hərəkətini izləyən Bendandi, bugün Romada böyük bir zəlzələnin olacağı qənaətində idi. Bendandinin bəzi təqibçiləri isə zəlzələnin 11 may 2011-ci ildə deyil, 6 aprel 2521-ci ildə olacağını söyləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə