Üsamə bin Ladenin 20 yaşlı oğlu Həmzə hərbi əməliyyat zamanı atasının Pakistandakı iqamətgahından qaçıb. SİA-nın "GZT.ru"saytına istinadən verdiyi xəbərə görə, Bin Ladenin üç arvadı verdikləri ifadədə mayın 1-dən sonra Həmzəni görmədiklərini deyiblər. Bəzi məlumatlara görə, Həmzə bin Ladenin ən etibar etdiyi adamlardan biri olub.
Xüsusi xidmət orqanlarındakı mənbə isə bildirib ki, Həmzə çox təhlükəli adamdır və əgər o yoxa çıxıbsa, qisasçılığa başlaya və "Əl-Qaidə"nin bir nömrəli adamı çevrilə bilər: "Əgər əməliyyat zamanı o doğrudan da iqamətgahda olubsa, deməli, o sistemdə böyük etimada sahibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB