“Heç bilirdinizmi ev dustaqlığı” nədir?" PROKURORLUQ - VİDEO

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunur.

Hazırda təqdim olunan videoda "Heç bilirdinizmi ev dustaqlığı" nədir?" mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.

Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...