“Paşinyan yeni nağıl kolleksiyası ilə məşğuldur” Armen Aşotyan

Vayots Dzorun regional rəhbərliyi Ərdoğana cavab verə bilərmi? SİA Ermənistana məxsus aysor.am saytında yaymlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsində bir yazı ilə yayımlayıb.

O, öz səhifəsində qeyd edib ki, BMT-də Ərdoğan Ermənistanı bölgədə sülhün bərqərar olmasına mane olmaqda günahlandırıb. Partiya sədrinin müavini öz səhifəsində Türkiyə prezidentinin BMT Baş Məclisinin 75-ci sessiyasındakı çıxışındasöylədiyi, “iyul ayında Azərbaycan ərazisinə hücum edən Ermənistan, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması yolunda əsas maneə olduğunu bir daha sübut etdi" fikirlərini də bölüşüb.

“Bu cür açıqlamaların Ermənistan Xarici İşlər Nazirini üzdüyü zamanda və baş nazirin yeni bir nağıl toplusu ilə məşğul olduğu ortaya çıxdığı məqamda, Vayots Dzorun regional rəhbərliyinin Ərdoğana cavab verəcəyini düşünmürəm", deyə Armen Aşotyan öz səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...