“Müxalifət Tofiq Yaqublu məsələsi ilə bağlı öz istəklərinə çatmadı” ÖZƏL-RƏY

"Məlum olduğu kimi, Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb və Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib. Bununla da müxalifət T.Yaqublu “faktor”undan öz siyasi məqsədləri üçün istifadə edə bilmədi. Bu onların növbəti dəfə ifşası və iflası oldu". Bunu Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli “Səs” qəzetinə açıqlamasında deyib.

Partiya sədri bildirib ki, müxalifətin böyük bir qismi istəyirdi ki, Tofiq Yaqublunun başına nə isə iş gəlsin: “Amma, Cənab Prezident və dövlətimiz böyük humanist addım atdı T.Yaqublu ev dustaqlığına buraxıldı. Baxmayaraq ki, T.Yaqublu qatı müxalifətçilik mövqeyində qalır. T.Yaqublu məhkəmədən çıxandan sonra heç olmasa mülayim mövqe sərgiləyərdi, amma biz bunun əksini gördük, yəni “Meydan” Tv və digərləri T. Yaqublunu qızışdırdılar dövlətə, hökumətə qarşı. Bütün bunlara baxmayaraq dövlətimiz səbr göstərir. Bir sözlə, Azərbaycanda məhkəmə hakimiyyəti var və məhkəmə hakimiyyətinin qanun və ədalətə söykənən addımlar atır”.

T.Kərimli bildirib ki, T.Yaqublu haqqında qanuna və ədalətə əsaslanan qərar veriləcək: “Amma müxalifət yenə də Tofiq Yaqublu məsələsi ilə bağlı öz istəklərinə çatmadı, ifşa olundu dövlətmizin humanizm prinsiplərinə söykəndiyini nəyin ki, Azərbaycan xalqı eyni zamanda, beynəlxalq ictimaiyyət bir daha gördü. Xalqımızın dövlət, Prezident ətrafında birləşməyin zərurəti bir daha ortaya çıxdı. İndi artıq elə bir vaxtdır ki, bütün diqqətimizi ancaq torpaqlarımızın işğaldan azad olunmasına yönəltməliyik. Belə bir vaxtda içəridən cəmiyyəti parçalamaq istəyənlər düzgün mövqedə deyillər. T.Yaqublunun ev dustaqlığına buraxılması bir daha huanizmin nümayişi oldu ki, bu da müxalifətin öz siyasi məqsədlərindən istifadə edə bilməsini əngəllədi və bir növ onların niyyətləri həyata keçmədi və iflasa uğradı”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...