Azərbaycanın tərəfdaş kimi müəyyən edilməsi iki ölkə arasında əməkdaşlıqda yeni eranın başlanğıcıdır - Andrey Sklyar

Ukraynanın milli təhlükəsizliyinə dair qəbul edilən yeni strategiyada Azərbaycanın strateji tərəfdaş kimi müəyyən edilməsi iki ölkə arasında əməkdaşlıqda yeni eranın başlanğıcıdır.

SİA xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident Ofisinin Xarici siyasət direktoratının nümayəndəsi Andrey Sklyar söyləyib.

Onun sözlərinə görə, pandemiya dövründə də Azərbaycan və Ukrayna qardaş, dost ölkə olduqlarını nümayiş etdiriblər.

“Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. İki ölkə arasında bütün sahələr üzrə, o cümlədən təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə problem yoxdur. Ticarət dövriyyəsinin artırılması üçün mövcud potensialdan tam istifadə edilməlidir”, - deyə A.Sklyar əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə