“Hər kəs “Soros” fondundan nəinki bezib, hətta nifrət edir” RƏY-ÖZƏL
Son vaxtlar Əli Kərimli və Sevinc Osmanqızı fəaliyyətlərini "Soros" fondunun tələblərinə uyğun qurmaqla Azərbaycanın dövlətçilik maraqlarına zərbə vurmağa çalışırlar. Bununla Ə.Kərimli və S.Osmanqızı əsas maraqlarının maddi gəlir əldə etmək olduğunu nümayiş etdirirlər. Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında adı çəkilən şəxslərin Azərbaycanın dövlətçilik maraqlarına zərbə vurmağa çalışmalarının onda təəssüf doğurduğunu bildirdi: "Çünki bütün dünya və beynəlxalq ictimaiyyətin özü də çox yaxşı ki, Ermənistanın baş naziri "Soros" fondunun adamıdır. Yəni Paşinyançox ciddi Ermənistan cəmyyətinin içində də, çölündə də ittiham olunur. Belə olduğu halda gözdən düşmüş, rəngli inqilabların müəllifi yalnız özlərinə tabe olmayan dövlətləri devirmək məqsədi qoyan "Soros" fondunun adamı olmaq və yaxud da onun marağına işləmək heç kimə şərəf gətirmir və birmənalı şəkildə cəmiyyət qəbul etmir. 10 illər bundan əvvəl "Soros" fondunun Ukraynada, Rusiyada və digər ölkələrdə də fəaliyyətləri var idi, amma hər kəs "Soros" fondunun adamlarını öz ölkəsindən qovur. Çünki "Soros" maraqları birmənalı şəkildə dövlətin milli maraqlarına zidd təşkil edir, ancaq imperialist dövlətləri özlərinin əlində maryanetka halına salmaq məqsədi düşür. Ona görə də, hər kəs "Soros" fondundan nəinki bezib, hətta nifrət edir. Belə olan təqdirdə, gərək Əli Kərimli və Sevinc Osmanqızı hər vəchlə "Soros" fondunun keyfiyyətlərindən kənara qaçmağa çalışardılar. Yəni adlarının onunla bağlanmağından qaçardılar. Amma təəssüflər olsun ki, adları çəkilən bu şəxslər obyektivliklərini itiriblər. İndi Azərbaycanda çox böyük bir hərəkət başlayıb, sanki dövlətmizin ikinci quruculuq halı gəlib, müxalifətdə bu işə cəlb olunur, mən özümdə iqtidara müraciət etmişəm ki, müxalifətə əl uzatsın".
T.Kərimli bildirdi ki, onlar yaxşı başa düşürlər ki, Azərbaycan çoxlu rəngli inqilablar dövrünü keçib və "Soros" fondunun dəfələrlə cəhdlər olmağına baxmayaraq, Azərbaycanda niyyətləri baş tutmayıb və bundan sonra da baş tutan deyil: "Belə olan halda nəyə görə bu şəxslər uğurlu gələcəyə malik olmayan bir proqramda iştirak edirlər? Ona görə də, bunların niyyətləri və nail olmaqları ancaq ondan ibarətdir ki, özlərini göstərsinlər, məhz həqiqətən də onlar Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparırlar və bununla da nə isə ala bilsinlər, nə isə özlərinin güzəranını yaxşılaşdıra bilsinlər. "Soros" fondunun əlində olan beynəlxalq imkandan yararlansınlar və özlərini məşhurlaşdırsınlar və özlərini müxalifət imicini qoruyub saxlasınlar. Çünki onlar çox yaxşı bilirlər ki, "Soros" fondunun niyyətlərini həyata keçirmək mümkün deyil. Ancaq istəkləri baş tutmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB