“Arayik Harutyunyan Nikol Paşinyanın adamı olduğu üçün hamı susur” Ani Samsonyan

“Arayik Harutyunyan Nikol Paşinyanın adamı olduğu üçün hamı susur” Ani Samsonyan

Bu gün etimadsızlıq məsələsi, Təhsil, Elm, Mədəniyyət və İdman naziri Arayik Harutyunyanın istefası məsələsi cəmiyyətin ən təbii tələbidir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Parlaq Ermənistan" fraksiyasının parlament üzvü Ani Samsonyan jurnalistlərə verdiyi müsahibəsində deyib.

“Baxın ümumi təhsil məktəblərində nə baş verir. Universitetlərə, elm sahəsinə baxın, mədəniyyət və idman demirəm. Bu gün biz bütün bu sualları səsləndirəcəyik və təsəvvür edəcəyik ki, iki il ərzində bu şəxs elmi, pedaqoji cəmiyyəti lağa qoymaq, aşağılamaq, kütləvi və qeyri-kütləvi şəkildə alçaltmaqdan başqa bir iş görməmişdir”, deyə Ani Samsonyan Araik Harutyunyanı açıq şəkildə tənqid edib.

O, həyata keçirilməli olan bütün islahatların həyata keçirilmədiyini qeyd edib.

“Bunun əksini görürük, universitetlərdə xaos hökm sürür. Vəzifəyə gələndə təhsil müəssisələrinin siyasiləşdiriləcəyini açıqladı, amma bu da edilmədi”, deyə o, narazılığını ifadə edib.

Jurnalist, Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin bu gün keçirdiyi mətbuat konfransında onun inqilabın liderlərindən biri olduğunu və istefası ilə əlaqədar qorxmaması fikirinə münasibəti soruşulduqda Ani Samsonyan belə cavab verib:

“Arayik Harutyunyana hakimiyyətdə dözüm nümayiş etdirilir və parlamentdə oturan 88 nəfər onun yalnız inqilabın liderlərindən biri olduğu üçün dözür. Bu şəxsin sahəyə cavabdeh olmaslndan başqa bir ləyaqəti yoxdur. Hamı bilir ki, o Nikol Paşinyanın sirdaşıdır, ona görə susurlar. Bu ona dəlalət edir ki, Ermənistanda sahələrə rəhbərlyi yalnız inqilabın liderləri olanlara və onlarla bir yerdə addımlayanlara həvalə edirlər, ləyaqəti olanlara yox".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə