Azərbaycanın "Mavi Vətən"lə bağlı mövqeyini dəstəkləməsi Türkiyəyə güc verir - Səfir

"Azərbaycanın Türkiyənin beynəlxalq təşkilatlar, sahil ölkələri tərəfindən tanınmış ərazi sularında fəaliyyəti ilə bağlı mövqeyini dəstəkləməsi Ankaraya güc verir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir deyib ki, Türkiyə Azərbaycanın dəstəyi ilə fəxr edir: “Zatən, qardaşlarımızdan gözləntimiz də bu idi. Pis günlərdə, yaxşı günlərdə bir-birimimizin yanındayıq. Biz bir millət, iki dövlətik. Türkiyənin Aralıq dənizi ilə bağlı mövqeyi beynəlxalq hüquqa, haqlarımıza və mənffətlərimizə əsaslanır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə