Uşaqlarda D vitamininin əhəmiyyəti

Uşaqlarda D vitamininin əhəmiyyəti
Professor Çingiz Yakıncı D vitamini əskik olan uşaqlarda sümüklərdə əyilmə və qırılmanın inkişaf edə biləcəyini bildirib. SİA-nın xəbərinə görə, Yakıncı etdiyi yazılı şərhdə D vitaminin sümüklərin inkişafında əhəmiyyətli bir rol oynadığını bildirərək onun kalsium ionunun sümüklərdə bərkiməsini təmin etdiyini qeyd edib.

"D vitamini əskikliyi olan uşaqlarda sümüklərdə əyilmə və qırılma inkişaf edir. Bu vitaminin bədənimizdə sintez edilməsi üçün o günəş şüasıyla ən az 20 dəqiqə təmas etməlidir. Ölkəmizin günəş ölkəsi olmasına baxmayaraq xüsusilə qış aylarında ciddi D vitamini əskikliyi və çatışmazlığı görülməkdədir", - deyə o əlavə edib.

Yakınçı xüsusilə qış aylarında bütün uşaq və yeniyetmələrin D vitaminindən istifadə etməsinin lazım olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə