Erməni etirazçılar baş nazirin köməkçisi ilə görüşürlər

Erməni etirazçılar baş nazirin köməkçisi ilə görüşürlər

Ermənistan hökumət binasının qarşısında etiraz aksiyasını təşkil edən icma sakinləri bir az əvvəl üç nəfərlik bir qrupun baş nazirin köməkçisi Nairi Sarkisyanla görüşəcəklərini bildiriblər. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə etirazçılar özləri məlumat veriblər.

Etirazçılara görə, baş nazirin köməkçisi bu məsələdə baş nazirin mövqeyi barədə onlara məlumat verəcəkdir.
Xatırladaq ki, Armavir bölgəsinin icma sakinləri hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Qubernatorun keçmiş icma liderinin hüquqlarının bərpa olunduğu qərarından narazıdırlar. Lakin kənd sakinlərinin əksəriyyəti onu tanımır və bu qərarla razılaşmır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə