"Türkiyə-Azərbaycan media əməkdaşlığında çox ciddi dəyişikliklər olacaq" ÖZƏL-MÜNASİBƏT

"Türkiyə-Azərbaycan media əməkdaşlığında çox ciddi dəyişikliklər olacaq" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin İstanbula səfərinə çox böyük önəm verirəm. Deyə bilərəm ki, daha əvvəllər Türkdilli dövlətlərin ortaq platformasının yaradılması istiqamətində çoxsaylı addımlar atılıb”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

“Bilirsiniz ki, 2009-cu ildə Naxçıvanda Türkdilli dövlətlər bir Türk Birliyi yaratdılar. Daha sonra ora Özbəkistan və Macarıstan da qoşuldu. Naxçıvan sənədinin də ana bəndlərindən biri məhz bu cür platformaların, işlərin görünməsinə rəvac vermək idi. Hesab edirəm ki, bu səfərdən sonra Türkiyə və Azərbaycan medialarının əməkdaşlığında çox ciddi dəyişikliklər olacaq. Çünki bu həm də zamanın diqtəsidir. Bu gün buna çox böyük ehtiyac var. Əminəm ki, Azərbaycan-Türkiyə media platformasının formalaşması digər Türkdilli dövlətlərin medialarının məhz bu platformaya qoşulması deməkdir. Əlbəttə ki, bizim ortaq problemlərimiz, düşmənlərimiz var. Siz Türkiyə, Azərbaycan ətrafında cərəyan edən hadisələrə baxın. Türkiyə ordusunun Azərbaycana təlimlərdə iştirak üçün son gəlişi görün nə qədər möhtəşəm idi. Təsəvvür edin ki, bizim mediamızın çəkici bir yerə vurmasının nə qədər böyük əhəmiyyəti var. Hikmət Hacıyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin İstanbula səfərinə bizi bir az da ruhlandırır. Artıq bizim düşündüyümüz məsələlər reallaşmağa başlayır. Düşünürəm ki, bu son səfər böyük dönüş yaradacaq. Biz siyasətimizi çevik qurmalıyıq”-deyə, U.Rəhimoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə