Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edəcək
Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin mayın 11-dən 20-dək Londonda keçiriləcək 89-cu sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının (DDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. AzərTAc xəbər verir ki, sessiyada yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, dəniz ətraf mühitinin qorunması, dənizdə təhlükəsizliyin təmin olunması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, üzv dövlətlərdə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul edilmiş standartların tətbiqinin və nəzarət mexanizminin gücləndirilməsi, təhlükəli yüklərin və konteynerlərin daşınması və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.
Sessiyada, həmçinin Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər tərəfindən Dövlət Bayraq və Liman Nəzarətinin həyata keçirilməsi vəziyyəti, dəniz dövlətlərində uzaq məsafədən tanıma və izləmə sistemlərinin inteqrasiyası və təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət mexanizminin gücləndirilməsi metodları müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB