“Azərbaycanda gedən inkişaf hərtərəflidir” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanda gedən inkişaf hərtərəflidir” ÖZƏL-MÜNASİBƏT

"Bu gün dünyada pandemiya ilə bağlı bütün sahələrdə durğunluq hökm sürür. Təbii ki, bu ölkəmizdə də bəzi sahələrdə özünü göstərir. Lakin 2008-ci ildən başlayan iqtisadi sıçrayış nəticəsində respublikamızda müasir inkişaf yolunda atılan böyük addımların sürətini pandemiya müəyyən qədər azaltsa da işlər davam etdirilir." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

İctimai Birliyin sədri vurğulayıb ki, müasir inkişaf yolunda Cənab Prezidentin başlatdığı islahatlar davam edir və respublikamızın daha da müasirləşməsi yolunda qətiyyətli addımlar atılır.
"Pandemiya dövründə respublikamızda görülən işlər nəticəsində bütün sahələr üzrə itkilərimiz az oldu və əksinə, biz dünyanın bir çox ölkələrində tənəzzül müşahidə etdiyimiz halda ölkəmizdə demək olar ki, hər gün irəliyə doğru yeniliklərin şahidi oluruq. Cənab Prezidentin Mərdəkan-Zuğulba yolunda yeni istifadəyə verilmiş piyada keçidinin açılışında iştirakı söylədiklərimin əyani sübutudur. Ümumiyyətlə, nəzərə alsaq ki, Azərbaycanın yol infrastrukturu yenidən müasir standartlara uyğun qurulur, bu sahədə görülən necə böyük həcmli işlər görüldüyü təsəvvür edilməlidir. Bakı şəhərində yolların yenidən qurulması ilə yanaşı yüzlərlə piyadalar üçün nəzərdə tutulan keçidlər tikilmişdir ki, bu da piyadaların avtomobillərlə vurulması ilə bağlı hadisələri nəzərə çarpacaq dərəcədə azaltmışdır. Bakı ilə yanaşı piayada keçidlərinin tikintisi regionlarımızda da tikilir və vətəndaşların istifadəsinə verilir. İqtisadi sahələrlə yanaşı sosial infrastruktlarımızın yenillənməsi və inkişaf etdirilməsi onu göstərir ki, Azərbaycanda gedən inkişaf hərtərəflidir və ölkəmizin dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasına xidmət edir", deyə Anaq Xəlilov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə