"Azərbaycanın apardığı siyasət bu ölkələr tərəfindən yüksək səviyyədə dəstəklənir" ÖZƏL-MÖVQE
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən bildirmişdir ki, Azərbaycanın İranla uzun tarixi əlaqələri var və bu əlaqələr dostluq, tərəfdaşlıq üzərində qurulmuşdur". Bu fikirləri SİA-ya millət vəkili Cavid Osmanov deyib.
Onun sözlərinə görə, bu münasibətlərdə bir çox məsələlər var ki, həm iqtisadi, həm də siyasi baxımdan çox əlverişlidir: "Buna Şimal-Cənub Nəqliyyat Dəhlizini misal göstərə bilərik. Çünki bu dəhliz təkcə İran və Azərbaycanı deyil, ümumilikdə bütün Avrasiyanı birləşdirir. O cümlədən iki ölkə arasında elektroenergetika, hərbi-texniki sahədə də əməkdaşlıq mövcuddur. Bununla yanaşı, üçtərəfli formatda Azərbaycanın İranla əlaqələri mövcuddur. Bu format Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatıdır. Bu üçtərəfli əməkdaşlıq formatının qorunub saxlanılması və inkişaf etdirilməsi ilk növbədə sülhün, əmin-amanlığın regionda qarantı deməkdir. Çünki hər üç dövlət regionun ən inkişaf etmiş və nəhəng dövlətləridir. Eyni zamanda, neft və qaz kəmərlərinin bu ölkələr ərazisindən keçməsi və digər ölkələrə çatdırılması iqtisadi baxımdan mühüm layihələrdən biridir. Azərbaycanın apardığı siyasət bu ölkələr tərəfindən də yüksək səviyyədə dəstəklənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB