Tomas Hammarberq: "Ermənistanda qeyri-müharibə şəraitində silahlı qüvvələrdə qətl riskli səviyyəyə çatıb"
Avropa Şurasının (AŞ) insan haqqları üzrə komissarı Tomas Hammarberq Ermənistana səfəri ilə bağlı məruzəsini açıqlayıb. SİA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, məruzədə deyilir: "Ermənistanda dinc aksiyaların keçirilməsinə qoyulan qanunsuz və qeyri-adekvat qadağalarla bağlı da narahatlıq var. Bu zəmində keçirilən aksiyalar zamanı iştirakçıların saxlanması, nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı maneələrin gücləndirilməsi, müəyyən yerlərdə mitinqlərin keçirilməsinə qadağaların qoyulmasını misal gətirmək olar. Eyni zamanda 2008-ci il 1-2 mart tarixlərində təhlükəsizlik qüvvələrinin güc tətbiq edilməsi qeyri-adekvat, 10 nəfərin öldürülməsinin səbəblərinin açılmasına yönəlmiş addımlar isə səmərəsizdir. Çünki hələ də, bu hadisələrə görə cavabdeh şəxslər aşkar edilməyib. Eyni zamanda Ermənistan polisi və təhlükəsizlik xidmətinin yüksək vəzifəli şəxslərinin verdikləri əmrlərə görə məsuliyyəti ciddi müzakirə olunmayıb. Ermənistan hakimiyyəti bu hadisələrin üstünün açılması işində qətiyyətlilik nümayiş etdirməli və bütün günahkarları məsuliyyətə cəlb etməlidir. Ölən 10 nəfərin ailələri yaxınlarını itirdiklərinə görə adekvat təzminat almalı və onlar istintaqın detalları barədə tam olaraq məlumatlandırılmalıdırlar".
AŞ-nın insan haqqları üzrə komissarı, həmçinin Ermənistan hakimiyyətini söz azadlığı, azad toplaşmaq və qanunların tətbiqi sahəsində mövcud olan qanunvericiliyin qəbul olunan insan haqqları normalarına uyğun yenidən nəzərdən keçirməyə çağırıb: "Təhqir və böhtana görə KİV-ə qarşı qaldırılmış işlər üzrə əsassız yüksək cərimələrə yol verilməməsi üçün addımlar atılmalıdır. Həmçinin ictimai müzakirəyə səbəb olan qeyri-müharibə şəraitində silahlı qüvvələrdə qətl, işgəncə və pis rəftarlar da mövcuddur və riskli səviyyəyə çatıb. Ermənistan hakimiyyəti orduda bu kimi ciddi cinayət hallarının aradan qaldırılması istiqamətində səylərini gücləndirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB