Şər maşını ifşa olunur- TƏHLİL

Şər maşını ifşa olunur- TƏHLİL

Xaricdəki “söyüş müxalifəti”nin fəalları İnterpol xətti ilə Azərbaycana gətirilərək məhkəmə qarşısına çıxarılacaq

Xarici maraqlı dairələrin maddi və mnənəvi dəstəyindən bəhrələnərək, ölkəmizin uğurlarına kölgə salmağa çalışan AXCP, Müsavat liderləri və onlarla eyni şər və böhtan kampaniyasını bölüşən Qurban Məmmədov, Məhəmməd Mirzəli, Arif Məmmədov, Leyla Yunus, Orduxan Teymurxan, Vidadi İsgəndərli və digərləri artıq ifşa olunmaqdadırlar. Bu dağıdıcı xislətli ünsürlərin Azərbaycanda gedən pozitiv işlərlə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirmələri, sosial şəbəkələrdəki şər və böhtanlar səsləndirmələri onların idarə olunduğunu bir daha sübuta yetirir. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan bu dağıdıcı ünsürlərin iç üzünü artıq xalq yaxşı tanıyır və kimlərə, hansı məkrli məqsədlər üçün xidmət etdiklərini də yaxşı bilirlər. Məhz bu reallıqdan çıxış edən xalq dağıdıcı müxalif funksionerlərinin, eyni zamanda xaricdəki “söyüş müxalifəti”nin həbs edilməsini və məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Artıq xalqın tələbinə uyğun olaraq Baş prokurorluq xaricdəki “söyüş müxalifəti”nin bəzi ünsürlərinə qarşı cinayət işi qaldırılb.

Bu barədə Baş prokurorluqdan verilən məlumata görə, hazırda Londonda yaşayan Qurban Məmmədov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş), 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət cəzasız qala biməz

Artıq Nəsimi rayon Məhkəməsində onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. Eyni istintaq hərəkətləri Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və digər şəxslərə qarşı da başlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”-un Milli Mərkəzi Bürosuna göndərilib. “Söyüş müxalifəti”nin fəallarından olan Elvin İsayev Ukraynada həbs edilərək, Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Bu haqda Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müxalifət məkrli siyasətini niyə dəyişmir?

Təbii ki, istintaq şər maşını rolunu oynayan “söyüş müxalifəti”nə qarşı lazimi hüquqi tədbirlər göstərəcək. Bu halda bir sual açıq qalır, ilana zəhər verən rolunu oynayan AXCP, Müsavat, “Milli Şura” rəhbərliyi nə zaman törətdikləri bəd əməllərinin bədəlini ödəyəcəklər? Çünki məslək və əqidələrini pula satan Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri maddi gəlir əldə etmək xatirinə ermənipərəst dairələrin maraqlarına da xidmət etməkdən belə çəkinmirlər. Bunlar xaricdən aldıqları pullar hesabına Azərbaycana qarşı istənilən məkanda istənilən cəfəng fikirlər səsləndirməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Bunu sübut edən daha bir fakt isə koronavirus epidemiyasının dünyanı cənginə aldığı bir vaxtda dağıdıcı müxalifət partiyaları cəmiyyətdə çaşqınlıq yaratmaq üçün dezinformasiyalar yaymağa üstünlük vermələrini göstərmək olar. Bu məsələdə partiya sədrlərilə yanaşı, onların trolları və xaricdəki “soyüş qrup”ları da fəallıq göstərirlər. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, dağıdıcı müxalif ünsürlər doğulub, boya-başa çatdıqları Azərbaycana erməni xislətinə uyğun düşmən mövqedə dayanıblar. Bu da dağıdıcı müxalifətin çirkin, yaramaz siyasətinin dəyişməsinin mümkün olmadığını göstərir. Bu fakt həm də onu təsdiq edir ki, xalqdan ayrı düşən dağıdıcı müxalifətin sağlam fəaliyyət yolu tutması və ya fəaliyyət göstərməsi mümkün deyil. Ancaq mövcud hazırkı proseslər onu deməyə əsas verir ki, xarici anti-Azərbaycan qüvvələrin dağıdıcı müxalifətə inamları azalıb. Bunu bəzi ekspertlər də təsdiq edirlər. ASDP sədri Araz Əlizadənin fikrincə, hazırda qərbli sponsorların azərbaycanlı müxalifətçilərə inamı əhəmiyyətli dərəcədə azalıb: “Hesab edirəm ki, nə Avropa, nə də Amerika “siyasi acizlərə” gələcəkdə yatırım etməyəcək. Belə ki, etibar krediti tükənib. Qərbdə azərbaycanlı müxalifəti çox yaxşı tanıyırlar – ciblərini dolduran bir toplu adam kimi. Bunlar 90-cı illərdən bəri müxalifətin ön sıralarında dayanaraq hər birinin evi, maşını, xaricdə təhsil alan övladı, bir sözlə əcnəbi daxilolmaları hesabına çox gözəl həyat qurublar. İndi isə müxalifət qruplarının tezliklə bitəcək “yem” üçün bir-birini parçalamasının şahidi oluruq”. A.Əlizadənin sözlərinə görə, istər müsavatçılar, istərsə də AXCP nümayəndələrinin hamısı “ölü ruhlardır” və onların dava-dalaşı stəkanda fırtınaya bənzəyir.

Bir sözlə, dağıdıcı müxalif ünsürlərin Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı erməni qədər zərbə vurmağa çalışdıqlar təkzibolunmaz faktlardır. Bu baxımdan, onlara qarşı hüquqi tədbirlərin görülməsi ədalətin zəfər çalması demək olar. Çünki qanun hamı üçündür və heç bir vətəndaş qanundan üstün ola bilməz.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə