Əli Kərimli ilə Nikol Paşinyan arasında heç bir fərqi yoxdur - ŞƏRH
Yaxud layiq olmadıqları "monopoliya" iddialıları…
Rus yazıçısı İvan Krılovun "qəhrəmanları" yenə ortada: AXCP sədri Əli Kərimli ilə Ermənistanın baş naziri Nikol Paşinyanı deyirəm. Bu, nə səmimiyyət? Taktiki gedişlərdə müəyyən yanlışlıqlar ola bilər, lakin strategiya qüsursuz olmalıdır. Bəzən isə istər taktiki gedişlərdə, istərsə də strategiya seçimində yanlışlıqlara yol verilir. Lakin bəzən də siyasətçilər, ümumiyyətlə, nə taktika barədə düşünür, nə strategiya, onların fəaliyyətinin ən düzgün qiymətləndirilməsini bir sözlə ifadə etmək mümkündür - imitasiya. Bu gün hər iki "mənəm lider, məndən başqa yoxdur" iddiası ilə görək nə istəyirlər?.
Elə götürək Əli Kərimlini. 1993-cü ildən bu günə kimi müxalifət ən müxtəlif birliklər və seçki blokları formalaşdırdı və son nəticədə protest elektoratını mobilizə edə bilmədi. Yaradılan əksər birliklər sanki görüntü yaratmağa xidmət etdi. Son 30 ilini bu siyasi proseslərin içində keçirənlər gözəl anlayırlar ki, bu, növbəti bir "fotoqraflara poz vermək" görüntüsüdür.
Əli Kərimlinin "dublikat"ı Nikol Paşinyan kimə, yaxud hansı gücə arxayındır ki...
Liderlik iddiasında olan Ə.Kərimli və Nikol Paşinyan, hər ikisi "faşist", "qaniçən" adlandırılır. Belə olan halda hansı "liderlikdən" söhbət gedə bilər? Ə.Kərimli kimi Nikol Paşinyanın da pisixi problemləri var. Ancaq bununla hər şey yetmir. Ə.Kərimli: "Kim mənim dediklərimi təsdiqləmirsə, o mənim düşmənimdir" deyirsə, Nikol Paşinyan da hakimiyyətə gələrkən eynilə bu tələbi edib: "Əgər parlament fraksiyası məni seçməsə, heç kimi seçməyəcək. Baş nazirin seçiləcəyi gün bütün erməni xalqı meydanda olacaq. Qoy, xalqın iradəsini yerinə yetirməməyə çalışsınlar".
Əgər Ə.Kərimlinin 27 illik "ana müxalifət" iddiası ilə iblis xislətli olduğu üçün bu günə kimi xalq onu qəbul etməyibsə, Paşinyan da hakimiyyətə gəldiyi bu iki ildən çox bir müddətdə xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunub. Əgər Ə.Kərimli xalqın yaddaşına satqınlıq simvolu kimi həkk olunubsa, Nikol Paşinyan da xalqının yaddaşında faşist, qaniçən kimi həkk olunub. Bax, budur, hər iki psixin oxşar cəhətləri.
Əli Kərimlinin Paşinyana "bəy tərifi"nin sirləri…
Paşinyanın Qarabağa etdiyi həyasız gediş hər bir Azərbaycan vətəndaşında haqlı qəzəb doğurur. İşğala məruz qalmış ölkə olaraq bu qəzəb ədalətlidir. Lakin AXCP sədri Əli Kərimli Paşinyanın Xankəndidə etdiyi nümayişkəranə həyasızlığından sevindiyini eyni formada etiraf edir. O, "hakimiyyətə gedən yolda bütün yollar mübahdır" prinsipindən əl çəkmir. Gecə-gündüz sosial şəbəkələrdə Ermənistanı Azərbaycana "nümunə" kimi göstərir, Nikol Paşinyana "bəy tərifi" yağdırır və az qala Qarabağda davam edən işğala sevindiyini də açıq-aydın gizlətmir. Bildirir ki, "günahkar Azərbaycan hakimiyyətidir". Bu günlərdə "Azərbaycan saatı"nda çıxışı zamanı da Əli Kərimli iddia edir ki, "Azərbaycan hakimiyyəti Paşinyanın təhlükəsizlik şurasının iclasını Xankəndində keçirməyinə heç bir cavab vermədi", ardınca "çünki hakimiyyətin deməyə sözü yoxdur, hakimiyyət yalnız özünü düşünür" deyə populist fikirlər səsləndirir.
Doğrudanmı, bu gün Azərbaycan torpaqlarında davam edən işğal onu narahat edir? Belədirsə, niyə indiyə qədər heç bir çıxışını, mitinqi, yaxud müsahibəsini sırf Qarabağda işğal faktına həsr etməyib? Həyasızlığın son dərəcəsi buna deyirlər. İndi də Paşinyanın Qarabağa gəlişi onun siyasi ambisiyalarına uyğun olduğu üçün bu haqda sevə-sevə danışır. O, Paşinyana "bəy tərifi" deyir. Bax, budur Əli Kərimli ilə Nikol Paşinyanın oxşarlığı. Budur, ermənidən betər erməni.
Kərimlinin cəfəng fikirləri Paşinyanın arzu və istəkləri…
Ancaq Ə.Kərimlinin Azərbaycanda xaos, anarxiya, hakimiyyətə etibarsızlıq, Rusiya ilə münasibətlərin pozulması niyyəti baş tutacaqmı? Bu niyyətdə olanlar bilməlidirlər ki, Azərbaycan etibarlı - xalqın lideri və Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha yüksək nailiyyətlərə nail olur. Və Azərbaycan xalqı bu satqın, iblis Ə.Kərimli kimi fərdlərin istəklərinə imkan verməyib, bundan sonra da yol verməyəcək. Göründüyü kimi, Ə.Kərimlinin həm Azərbaycan Ordusu, həm də Azərbaycan-Rusiya münasibətləri haqqında söylədikləri Ermənistanın baş naziri Nikol Paşinyanın arzu və istəkləri ilə üst-üstə düşür. Bu fikirlər Paşinyanın dəyirmanına su tökür. Bu gün Ermənistanda da istəyirlər ki, Azərbaycan-Rusiya münasibətləri korlansın. Bu baxımdan, Paşinyanla Ə.Kərimlinin heç bir fərqi yoxdur. Paşinyan da istəyir ki, Azərbaycan Ordusu zəif olsun, Azərbaycan ərazilərinin işğalı davam etsin, Ə.Kərimli də hesab edir ki, Azərbaycan Ordusu "zəifdir". Bu, Ə.Kərimlini olmayan "başının" məhsuludur. Lakin hamı bilir ki, Azərbaycan Ermənstanla üz-üzə qalarsa, ordumuz qısa müddət ərzində nəinki Dağlıq Qarabağı azad edər, eyni zamanda, İrəvanda da otura bilər.
Bir sözlə, xainlər və xəyanətkarlar bilməlidirlər ki, əməllərinə görə yaxın zamanlardı cəzalarını çəkəcəklər. İstər Ə.Kərimlisi olsun, istərsə də işğalçı ölkənən Nikol Paşinyanı hər ikisi xalqları qarşısında cəzalarını çəkəcəklər. Özü də yaxın zamanlarda.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB