"Konstitusiya məhkəməsində qeyri-müəyyənlik hökm sürür" "Past"
Ermənistanın “Past” qəzetinin yazdığına görə, ölkənin konstitusiya məhkəməsində kifayət qədər qeyri-müəyyən vəziyyət hökm sürür. Belə ki, hansı hakimin konstitusiya məhkəməsindəki vəzifəsi ilə birdəfəlik vidalaşacağı, ya da vəzifəsində qalacağı, eləcə də kimin seçiləcəyi məlum deyil. SİA xəbər verir ki, adıçəkilən nəşr həmçinin qeyd edir: “ İndi konstitusiya məhkəməsində iki hakim özünü “danışan” elan ediblər və bu vasitə ilə koordinasiyanı həyata keçirməyə səy göstərirlər. Söhbət Vaqe Qriqoryandan və Armene Dilanyandan gedir. Nəşrin mənbəsinin dediyinə görə, ötən il özünü konstitusiya məhkəməsinin sədri elan edən Vaqe Qriqoryan yenidən yavaş-yavaş rola girməyə cəhd edir”.
“Bundan əlavə, bizim hökumətdəki mənbəmiz inandırıb ki, Vaqe Qriqoryan son ayda fəal şəkildə hökumət binasına gedib-gəlir, yeri gəlmişkən, onun sürəkli ziyarətləri əsasən iş saatlarından sonraya təsadüf edir”, qeyd edən “Past” sonda yazır ki, Qriqoryanın axırıncı dəfəki ziyarətlərində Dilanyan da onu müşayiət edib, bir müddət sonra isə hökumət binasına vəkil Tiqran Yeqoryan da gedib: “Mənbənin sözlərinə görə, göstərilən şəxslər getdikləri yerdə kifayət qədər çox oturublar və hökumət binasında bir yerdə tərk ediblər. Yeri gəlmişkən, belə məlumatlar da var ki, görüş əsnasında yalnız konstitusiya məhkəməsinə aid olan məsələlər deyil, eləcə də 1 mart işi də müzakirə edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB