Amulsardakı növbətçi vətəndaşlara zor tətbiq edilir Şirak Buniatyan

Amulsardakı növbətçi vətəndaşlara zor tətbiq edilir Şirak Buniatyan

Amulsar mədəninin təhlükəsizlik xidməti əməkdaşları mədəndəki növbətçi vətəndaşlara hücum edib və onları döyüblər. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə sözügedən mədənin istismarına qarşı mübarizə aparan bir fəal Şirak Buniatyan öz Facebook səhifəsində informasiya yayıb.

Şirak Buniatyan öz Facebook səhifəsində, xüsusilə Amulsar təhlükəsizlik işçilərinin vəzifə yerinə yetirən vətəndaşlara hücum edib döydüyünü əks etdirən bir video yayımlayıb. Həmin videodan açıq-aşkar görünür ki, Amulsardakı növbətçi vətəndaşlara zor tətbiq edilir.

Qeyd edək ki, Şirak Buniatyan Amulsar mədəninin istismarına qarşı mübarizə aparan bir fəaldır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə