“Paşinyanın yalanlarından bezmisinizsə, qalxın və toplaşın” Vahan Babayan

“Paşinyanın yalanlarından bezmisinizsə, qalxın və toplaşın” Vahan Babayan

Matenadaran yaxınlığında etiraz aksiyası keçirilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Nəşr aksiyanın təşkilatçısı, "İslahatçılar" partiyasının sədri Vahan Babayanın fikirlərini də dərc edib. “Bugünkü aksiyamızla Ermənistandakı siyasi bahara başlayırıq. Bu anda burada minlərlə insanın olmadığına görə heç kim üzülməsin. Sadəcə bu vaxt məsələsidir ... Əgər həqiqətən Nikol Paşinyanın yalanlarından bezmisinizsə, qalxın və bir saat bizimlə birlikdə olmaq üçün buraya toplaşın. Sizlər mənə və ya partiyama görə toplaşmırsız, bu bir seçki kampaniyası deyil, bu nəhayət müxalifət qüvvələrini birləşdirən bir addımdır", deyə Vahan Babayan bildirib.

Etirazçılar yürüş edərək Ermənistanın baş naziri Nikol Paşinyana qırmızı vərəqə göstəriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə