"Ermənilər su mənbələrindən bizə qarşı təxribat məqsədilə istifadə edir" ÖZƏL-MÜNASİBƏT
"Bu gün bizlərə Ermənistan kimi mundar, nankor və qaniçən bir qonşu qismət olub. Bu gün Azərbaycandan axan xeyli su mənbələri, çaylar var ki, onların bir hissəsi mənbəyini Ermənistan deyilən dövlətin ərazisində götürür və bizim ərazimizə oradan keçir. Müəyyən sualarımız da var ki, onlar mənbəyini öz ərazimizdən götürür. Ancaq o ərazilərimiz də bu gün düşmənin işğalı altındadır. Məsələn, Araz çayı, Qazax-Tovuz tərəfdəki müəyyən çaylar, Arpaçay və s. var ki, onlar bizə tərəf Ermənistan ərazisindən keçir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, ermənilər bütün bu təxribatlarla, ziyankarlıqlarla bərabər su mənbələrindən, axar sulardan da bizə qarşı təxribat məqsədilə istifadə edirlər: "Onlar ərazilərində olan Atom Elektrik Stansiyasının tullantılarını Araz, Arpaçay vasitəsilə biz tərəfə axıdırlar. Hətta suların güclü axan daşqınlar vaxtı təxribat məqsədilə partlayıcı maddələri, minaları axıdırlar. Artıq bir neçə dəfə insanlarımız yaralanıb və məhv olub. Eləcə də suları zəhərləyirlər və yanğınlar törədirlər. Onlar “Sərsəng” su anbarı ilə bağlı indiyədək nə qədər problemlər yaradıblar və bu gün də yaradırlar. İndi də işğalçı dövlət Qazax istiqamətində 3 kəndin suyunu kəsməklə müəyyən problemlər yaradırlar. Təbii ki, Azərbaycan ən yüksək dövlət səviyyəsində bu sahəyə cavabdeh olan və bunun üçün ermənilərdən hesab sormalı olan beynəlxalq qurumlara bu barədə lazımi məlumatları rəsmi qaydada verir. Amma çox təəssüf ki, ermənilərin o biri təxribatlarının qarşısı alınmadığı kimi beynəlxalq qurumlar bu məsələyə də biganə qalır və Ermənistana heçnə demirlər. Bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu sahəyə cavabdeh olan beynəlxalq qurumlar etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB