Aİ-dən Suriyaya embarqo
Avropa Birliyi bu ilin martından Suriyaya silah satışına embarqo qoyub. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya hökumətinin 13 üzvünə Avropa Birliyinin ərazisinə daxil olmaq qadağan edilib və Birlik ölkələrindəki bank hesabları dondurulub. Suriyaya qarşı sanksiyalarla bağlı qərar Avropa Birliyinə daxil olan bütün ölkələrin nümayəndələri tərəfindən qəbul edilib. Lakin hələ qətnamə rəsmən təsdiqlənməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə