"Hraparak": Mxitaryan Paşinyanın yalanları haqqında anti-təbliğat filmi çəkir "Məxməri nağıllar"
“Armeniya” teleşirkətinin eks-prodüsseri, əslən Gümrüdən olan Ruben Mxitaryan “Məxməri nağıllar” adlı videoseriya çarxları buraxıb. SİA xəbər verir ki, bu barədə ermənilərin “Hraparak” nəşri yazır. Videoseriyalarda Nikol Paşinyanın xalqa verdiyi vədləri və həmin vədlərinin hakimiyyətdə olduğu iki ildə həyata keçirə bilmədiyini əks etdirən çıxışları yer alır.
“İki videoçarx artıq ictimailəşdirilib, üçüncünün isə anonsu verilib. Bizə daxil olan məlumata görə, artıq 8 film çəkilib, hansı ki, onların hər biri ard-arda ictimailəşdiriləcəklər”, yazan “Hraparak” həmçinin qeyd edir ki, artıq Paşinyan bundan təlaşlanıb və Mxitaryanı diqqətli olmağa çağırıb.
“O, işi dayanmış müəssisələri, alına bilinməyən pensiyaları çəkib-ictimailəşdirərsə, hökumət bunu koronavirus epidemiyası ilə əlaqələndirəcək”, nəşr yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB