Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi yeni döyüş gəmisi alıb - TƏDBİR
2011-ci ilin may 9-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən "NEFTEQAZ-3" tipli gəminin Dğvlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin döyüş sıralarına qəbul edilməsi və gəmiyə Dövlət Sərhəd Xidmətinin Hərbi Dəniz Bayrağının təqdim edilməsi mərasimi keçirilib.
SİA-nın məlumatına görə tədbirdə Azərbaycan Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisi general-mayor İlham Mehdiyev və digərləri iştirak ediblər.
Qonaqlar ilk öncə DSX-nin Sahil Mühafizəsinin şəxsi heyəti və döyüş vahidləri ilə tanış olublar. Sonra hazırlanmış manevr elementləri nümayiş etdirilib. Daha sonra isə qonaqlar sözügedən gəminin bortuna qalxıblar və bu gəminin döyüş bayrağı ilə təltif olunması mərasimi başlayıb.
Öncə Azəraycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev gəminin rəsmi sənədlərini Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı, general-leytenant Elçin Quliyevə təqdim edib. Eyni zamanda da generalın bu gəmini döyüş vahdilərinə qəbulu ilə bağlı əmri tədbir iştitakçılarının diqqətinə çatdırılıb. Dövlət himni səslənədən sonra DSX-nin Hərbi Dəniz Bayrağı gəmidə dalğalanıb. Sonra çıxış üçün söz DSX-nin Sahil Mühafizəsinin rəisi İlham Mehdiyevə verilib: "Əziz qonaqlar bu gün çox əlamətdar bir gündür. Həm 9 may Qələbə günü, həm 10 may Ümummilli liderimizin anadan olmasının 88-ci il dönümü ərəfəsində belə bir hadisə bizi çox sevindirir. Çünki dahi öndərimiz hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Dövlət Sərhəd Xidmətinə qayğını artırmış, onun maddi-texniki bazasının təkmilləşməsinə böyük diqqət ayırmışdır. Bü siyasət bü gün də cənab ilham Əliyev tərəfindən layiqi ilə davam etdirilir. Biz də bu günkü tədbirdən ruhlanaraq sizə söz veririk ki, bundan sonra da biz Ulu Öndərin siyasi irsinə sadiq qalacağıq və vətən sərhədlərini daima qoruyacağıq". Bundan sonra qonaqlar gəmiyə baxış keçiriblər, gəmidə şəxsi heyət üçün yardılmış şərait və gəminin texniki təhçizatı ilə yaxından tanış olublar.
Sonra mətbuata açıqlamasında Rövnəq Abdullayev bunları deyib: "Öncə hamınızın bayramını təbrik edirəm. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının rolu böyük olub. Belə əlamətdar bir gündə Sahil Mühafizəsinə yeni gəminin qəbul edilməsi əlbəttə bizi sevindirməyə bilməz. Qeyd edim ki, bu gəminin manevr imkanları çoxdur. İstənilən hava şəraitində bu gəminin imkanlarından yüksək səviyyədə yararlanmaq olar. Məhz elə buna görə də biz bu gəminin DSX-ə verilməsinin qərarına gəldik. Onu da sizə xatırladım ki, bu gəmi mənə çox əziz gəmidir. Mən hələ baş mühəndis işləyən zaman bu gəmidə 3-4 ay Xəzər dənizində işləmişəm. Bu gəminin Vətənimizin qorunması üçün DSX-ə verilməsi məni ayrıca sevindirir. Bu vaxta qədər 5 gəmi verilib və 2013-cü ildə Gəmi Tikinti Zavodu fəaliyyətə başlayacaq və biz ilk gəmimizi Xəzər Dənizinə buraxacayıq və bundan sonra da biz Dövlət Sərhəd Xidmətinə gəmi verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB