Avstriyadakı "Ebenzee" əsir düşərgəsinin ərazisində azərbaycanlı döyüşçülərə abidə ucaldılıb
Avstriyanın Yuxarı Avstriya federal əyalətinin Ebenzee qəsəbəsində İkinci Dünya müharibəsi zamanı burada yerləşmiş əsir düşərgəsinin azad olunması münasibətilə anma mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, mərasimdə yerli və xarici qonaqlarla yanaşı, əsir düşərgəsində alman faşistlərinin işgəncələrinə məruz qalmış keçmiş əsirlərdən bir neçəsi iştirak edib.
Əlamətdar hadisədir ki, "Mauthauzen" əsir düşərgəsindən sonra ikinci düşərgə kimi "Ebenzee"nin ərazisində azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulub.
Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə yaradılmış xatirə lövhəsinin açılışında mədəniyyət və turzim nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə səfirliyimizin əməkdaşları və bu ölkədəki Azərbaycan icmasının təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edib.
Xatırladaq ki, "Mauthauzen" əsir düşərgəsinin filialı olan "Ebenzee" 1943-cü ildə yaradılmış və 1945-ci ildə ABŞ ordusu tərəfindən azad edilənədək burada 27 mindən artıq hərbi əsir yerləşdirilib. Onlardan 8 min nəfəri məruz qaldığı işgəncələr nəticəsində həlak olub. Azərbaycan səfirlyinin araşdırmaları nəticəsində hərbi əsirlər arasında azı 18 nəfər azərbaycanlının olduğu müəyyənləşib. İndiyədək həmin əsir düşərgəsində keçmiş SSRİ ölkələri arasında yalnız Rusiya və Ukraynanın analoji xatirə lövhələri mövcud olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB