Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Gəncə şəhərində ilk dəfə olaraq "Gül bayramı" keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev meydanı başdan-başa güllərlə bəzədilib. Burada biri-birindən gözəl güllərlə bəzədilən ümumilli lider Heydər Əliyevin portreti, Azərbaycanın 3 rəngli bayrağı, Gəncənin emblemi və digər kompozisiyalar nümayiş etdirilib.
Bayram tədbirinə minlərlə şəhər sakini qatılıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ziyalıları Heydər Əliyev meydanını gəzib, güllərdən hazırlanan 1000-dən artıq maraqlı ekspozisiyalarla tanış olublar.
Gəncədə ilk dəfə təşkil edilən "Gül bayramı"nın keçirilməsi şəhər sakinlərinin sevincinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB