Ermənistan KTMT daxilində Belarusa “girəcək”?

Ermənistan KTMT daxilində Belarusa “girəcək”?

Zoqrab Mnasakanyan: “Belarus və Ermənistan KTMT çərçivəsində müttəfiqdirlər”

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan Belorusda baş verən hadisələri şərh edərkən, ölkəsinin silahlı qüvvələrinin həmin ölkəyə yardım göstərib-gəstərməyəcəyi ilə bağlı ilginc fikirlər səlsləndirib. SİA xəbər verir ki, Armenpress onun İntefax-a verdiyi müsahibəsinin bir hissəsini ictimailəşdirib və erməni XİN rəhbəri həmin müsahibəsində qeyd edib ki, Belorus və Ermənistan KTMT çərçivəsində müttəfiq olmaqla yanaşı, həm də ikitərəfli münasibətlər baxımından kifayət qədər zəngin gündəmlərə malikdirlər.

Bu baxımdan, hadisələrin nəzarətdən çıxacağı halda Belarusa hərbi dəstəyin göstərilməsi ilə bağlı səsvermədə Ermənistanın lehinə, ya da əleyhinə səs verəcəyinə də aydınlıq gətirən Mnasakanyan qeyd edib ki, bunun üçün əsas rolu məsələni qaldıran ölkə oynayır və hələ ki, belə müraciət olunmayıb.

Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın dövlət başçısı Vladimir Putinlə bir neçə dəfə telefon danışığı aparıb və lazım olacağı halda iki ölkə arasında olan hərbi-siyasi müttəfiq sazişinə əsasən Rusiyanın həbri güclərinin Belarusa daxil olacağ ilə bağlı şifahi razılaşma əldə edilib.

Qeyd edək ki, Belarus hakimiyyəti küçələrə çıxan etirazçıların və müxalifət liderlərinin birbaşa Qərb fondları tərəfindən idarə olunduqlarını, maliyyələşşdiklərini bəyan edib və bu barədə çoxsaylı faktlar əldə etdiklərini vurğulayıblar. Bildirilib ki, ölkə qaunnvericiliyinə və müstəqilliyinə qarşı atılan bütün təhlükəli addımların qarşısı qətiyyətlə alınacaq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə