Təhqir, yaramazlıq və... TƏLƏB

İctimaiyyət: “Tofiq Yaqublu üzr istəməlidir!”

Bəlli cinayət əməlinə görə məhkəmə qarşısına çıxarılan və buna rəğmən, hələ də aqressiya və düşmənçilik mövqeyini sərgiləyən, bu dəfə daha dəhşətli şəkildə – söyüş söyməklə, təhqir etməklə gündəmdə qalmağa səy göstərən “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublunun sözügedən yaramazlığı ictimai rəy tərəfindən hiddətlə qınanılıb. Onun məhkəməsindəcə hakimi, polisləri və sadə vətəndaşları təhqir etməsi istər-istəməz ictimaiyyətdə kəskin ikrah hissi yaratmaqla yanaşı, həm də təmsil olunduğu dağıdıcı müxalifət düşərgəsinin hansı “məziyyətlərə” sahib olduğunu da sübuta yetirdi.

Əli Kərimli, budurmu sivil mübarizə?

Artıq sağlam düşüncəli ictimaiyyət nümayəndələri də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tənqid statusları yazır və bildirirlər ki, cəmiyyətə əxlaq, tərbiyə dərsi keçməyə çalışanların əxlaq və tərbiyə "nümunələri" bundan artıq ola bilməzdi.

Tofiq Yaqublu bu tərbiyəsizliyə yol verir, digər cəbhəçilər, milli şuraçılar da bunu dəstəkləyir. İnsanlar sual edirlər ki, bəs, Əli Kərimli deyirdi onlarda təhqir yoxdur, mübarizələri isə sivil qaydadadır və s... Budurmi sivil mübarizə?

Yaxud, nəyə görə AXCP sədri yandaşı hesab edilən T.Yaqublunun bu cür yolverilməz əməllərinin qarşısının alınmasına cəhd belə göstərmir? Məhz bu baxımdan, ictimaiyyət Tofiq Yaqubludan, onun təhqirlərini yayan AXCP sədri Əli Kərimlidən, Cəmil Həsənlidən, Gültəkin Haclbəylidən üzr istəmələrini tələb edir.

Lakin bu adamlar üçün xalqın mövqeyi ictimaiyyətin rəyi heç vaxt maraqlı olmayıb. Bunun isə bir səbəbi var. İndi də T.Yaqublunun üzərindən qarşılarında baş əydikləri xarici ağalarının ciblərinə göz dikib, pay ummaq...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə