"Səs" qəzetində tətbiq edilən yeni metod çox mühüm hadisədir - MÖVQE ÖZƏL-VİDEO

"Səs" qəzetində tətbiq edilən yeni metod çox mühüm hadisədir - MÖVQE ÖZƏL-VİDEO

"Çap mediası hazırkı innovativ texnologiyaların verdiyi bütün imkanlardan istifadə etməklə öz ömrünü uzada bilər. Yaxud yeni keyfiyyət mərhələsinə qədəm qoya bilər. Ona görə də, hazırda milli mərtbuatımız bu istiqamətdə müəyyən axtarışlar etməkdədir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, tələbkar informasiya istehlakçısının tələb zövüqünü təmin etmək çətin bir məsələdir: "Bu mənada Azərbaycan mətbuatında axtarışların davam etdiyi bir dövrdə "Səs" qəzetinin yeni texnologiyalardan istifadə etməklə, yeni metod tapması və bunu internet resursları üzərindən təbiq etməsi mühüm bir hadisədir".

H.Babaoğlu vurğulayıb ki, klassik media bügünkü axtarışlar prosesində bu tələblərə cavab verəcək metodlar və üsullar tapmasa onun oxucusu da azalacaq: "Məhz bu baxımdan yenilik təqdirəlayiqdir. Bundan sonrakı mərhələdə şübhəsiz ki, qəzetin oxuculara çatmasında, onların informasiya zövqününü oxşamasında mühüm yeni alətlərdən birinə çevriləcəkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə