Ərdoğan və Tramp Şərqi Aralıq dənizi problemini müzakirə ediblər TELEFONLA

Ərdoğan və Tramp Şərqi Aralıq dənizi problemini müzakirə ediblər TELEFONLA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb. SİA xəbər verir ki, Anadolu agentliyinin məlumatına görə, iki ölkə liderləri Şərqi Aralıq dənizi də daxil olmaqla regional hadisələr, ölkələri arasındakı münasibətlər barədə söhbət ediblər.

Agentlik qeyd edir ki, söhbət əsnasında Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizində destabilizə fəaliyyəti ilə məşğul olmadığını vurğulayıb. O, eyni zamanda bildirib ki, türk hakimiyyəti gərginliyi zəiflətmək üçün dialoq mühitinin yaradılması marağındadır.

Ağ evin mətbuat katibininin köməkçisi Cadd Dirin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun NATO üzrə müttəfiqləri olan iki ölkə - Yunanıstan və Türkiyənin Şərqi Aralıq dənizi ətrafındakı münasibətlərinin gərginləşməsindən narahatlığını ifadə edib.

“Dialoq Türkiyə və Yunanıstan arasındakı fikir ayrılıqlarının tənzimlənməsi üçün yeganə vasitədir”, deyə Cadd Dir amerikalı liderin sözlərini xatırladıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə